ISSN P:1810-9055 / ISSN E: 3079-8973 / DOI: 10.61638/AZLAWJL
AHJ.
← Back to issue

Tax Law

Ailə institutun dəstəkləməsində vergi siyasəti: Azərbaycan və xarici ölkələrin təcrübəsi

Günay Abbasova

Abstract

Bu məqalədə müəllif Azərbaycanda ailə institutunun möhkəmləndirilməsində ölkənin sosial strateji inkişaf planını, vergi siyasətini, vergi qanunvericiliyinə edilən son dəyişikliklərin müsbət və ya mənfi təsirlərini araşdırır, müəyyən proqnozlar verir. Həmçinin, ölkədə iqtisadi risklərə tab gətirməməsi səbəbindən nikah sayının azalması, bu proseslərdə vergi siyasəti və qanunvericiliyin təsirləri təhlil edilir. Müəllif aztəminatlı ailələrə göstərilən dövlət dəstəyinə baxmayaraq, keçən ilə nisbətdə boşanma sayının artırılmasını və əhali artımının aşağı düşməsini statistik məlumatlara əsasən müəyyən edir. Təhlillərə əsasən göstərilir ki, bütün ailələrin (uşaq sayından fərqli olmayaraq) dövlətin dəstəyinə ehtiyacı vardır. İşləyən valideynlərə dair vergi güzəştlərinin tətbiq edilməsi, vergi siyasətinin dəyişdirilməsilə ifadə olunan dövlət dəstəyinin daha səmərəli olması haqda qənaətə gəlinir. Məqalədə həmçinin Almaniyanın, postsovet ölkələrindən Rusiya, Estonia, Qazaxıstanın təcrübəsi nəzərdən keçirilərək, Azərbaycan vergi qanunvericiliyi ilə müqayisəli təhlillər aparılır. Nəticədə, bir çox ölkələrdə ailə statusundan, uşaqların sayından asılı olaraq vergi güzəştlərinin tətbiq edilməsi, vergidən azad olunma şərtləri müəyyən edilib və onların yerli şəraitdə tətbiq edilməsinin zəruriliyi və mümkün olması analiz edilib. Sonda müəllif ailə institutunun dəstəklənməsində ölkənin sosial strateji inkişaf planına, vergi qanunvericiliyinə müvafiq dəyişikliklərin edilməsini təklif edir.

Keywords

ailə, aztəminatlı ailə, gəlir vergisi, vergi siyasəti, vergi dərəcəsi, vergi sistemi, vergi güzəşti,şəhid, şəhid ailəsi, subay, çoxuşaqlı ailə, yaşayış minimumu, əlilliyi olan şəxs, himayə, tam dövlət təminatı.

Article PDF

Read PDF

Download PDF
Loading PDF…